Cinayətdə şübhəli bilinən 84 nəfər saxlanıldı 

11:34 23.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fevralın 22-də ölkə ərazisində qeydə alınan 66, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən haftan.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 106, o cümlədən borclu şəxs qismində axtarışda olan 81 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 43, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 84 nəfər saxlanılıb.